Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi" mövzusunda tvinninq layihəsi başa çatıb. Layihənin nəticələri iyunun 12-də “Hyatt Regency” mehmanxanasının “Bakı” zalında keçiriləcək yekun konfransda diqqətə çatdırılacaq.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prosesində turizm sektorunun göstəricilərini təkmilləşdirmək məqsədi daşıyan layihə 2013-cü ilin fevralından icra olunurdu. Layihə benefisiar qismində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Avropa İttifaqına üzv dövlət qurumları - Avstriya Federal Satınalmalar Agentliyi və Litvanın Dövlət Turizm Departamenti tərəfindən həyata keçirilib. Bu layihənin icrası Azərbaycanda dövlət tərəfindən turizmin idarə edilməsi sisteminə bir sıra dəyişikliklər gətirib. Bu sırada Turizm şöbəsinin təşkilati strukturu və imkanlarının optimallaşdırılması, lisenziyalaşdırmaya dair hazırkı tənzimləyici çərçivənin təhlili və minimal lisenziyalaşdırma tələbləri üzrə tövsiyələrin verilməsi, turizm sahəsində kiçik və orta sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün turizm fondunun yaradılması üzrə təkliflər, Litva təcrübəsi əsasında Naftalanda turizm və rekreasiya zonasının ətraflı modelinin hazırlanması və s. məqamları qeyd etmək olar.
Tvinninq layihəsinin tövsiyələrinin nəticəsi olaraq üçillik Marketinq Strategiyasının (2014-2016) hazırlanıb, mehmanxana və digər yerləşdirmə növlərinə aid təklif olunmuş minimal standartlar qəbul edilib, MICE (işgüzar) turizminin potensialının gücləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Konqreslər Bürosu təsis edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar