Dekabrın 9-da Gəncə Dövlət Dram Teatrının səhnəsində Təhsil Məlumat Mərkəzinin könüllü gəncləri tərəfindən Mirzə Fətəli Axundovun «Sərgüzəşti vəziri-xani Lənkəran» əsərininin premyerası olub. İngilis dilində səhnələşdirilən tamaşanın təqdimatında çıxış edən mərkəzin direktoru Həsən Hüseynli bu ideyanın ABŞ-da təhsil almış gənclərdən biri Sevinc Məmmədova tərəfindən irəli sürüldüyünü bildirib. O, əlavə edib ki, Azərbaycanın çox böyük və qədim tarixə malik teatr mədəniyyəti mövcuddur. Bunu yaşatmaq, inkişaf etdirmək və müxtəlif dillərdə səhnələşdirərək başqa xalqlara da təqdim etmək gənclərin borcudur. Sonra söz gənclərə verilib. Onların səhnələşdirdikləri tamaşa sürəkli alqışlarla qarşılanıb. Tamaşadan sonra təəssüratlarını müxbirimizlə bölüşən əsərin qəhrəmanları - baş rollardan birinin ifaçısı, Lənkəran xanının vəzirinin böyük xanımı Ziba (Dilşad Abdullayeva) orta məktəb illərindən teatr səhnələrində oynadığını bundan sonra da səhnə fəaliyyətini davam etdirmək istəyini bildirib: «Rolumun yaxşı alınmağı ilə bağlı qeyd edərdim ki, mən real həyatda gördüklərimi diqqətlə izləyir və bunu canlandırdığım obrazlarda istifadə edirəm. Gələcəkdə də bu tip layihələrdə yer almağı düşünürəm». Teymur ağa rolunun ifaçısı Tərlan Qurbanov isə bu əsərdə rol alması ilə xarici dil imkanlarının daha da püxtələşdiyini deyib. O, bir ay sürən çətin hazırlıqların bugünkü nəticəsinin onun böyük sevincinə səbəb olduğunu da söyləyib. Əsərin quruluşçu rejissoru Günel Aslanova bu layihənin məqsədinin gəncləri həvəsləndirmək və mədəniyyətimizi təbliğ etmək olduğunu diqqətə çatdırıb. Bundan əvvəl teatrın səhnəsində «Ağca», «Eşq və intiqam» əsərlərinə quruluş verən G.Aslanova, gələcəkdə də könüllü gənclərin istəyinə uyğun klassiklərimizin əsərlərini səhnələşdirəcəyini deyib. Afət Abbasova, Gəncə






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar