Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi dekabr ayında ikinci premyera sevincini yaşadı; Samuel Marşakın “Pişiyin evi” əsərinin motivləri əsasında Nicat Kazımovun səhnələşdirib quruluş  verdiyi tamaşanın premyerası oldu. “Dostluq” kinoteatrının binasında baş tutan nümayişdən öncə rejissor Nicat Kazımov məktəblilərə belə əsərlərin bədii dəyəri barədə məlumat  verərək, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik etdi.
Şən musiqilərin, cazibəli rəqslərin müşayiət etdiyi ibrətamiz tamaşa seyrçilərin böyük sevincinə səbəb olmuş, onlar hər  zaman belə maraqlı nağıllar əsasında hazırlanan rəngarəng, alleqorik tamaşalara baxmaq arzularını bildirmişlər. İlk tamaşada iştirak edən valideynlər və müəllimlər də balaca tamaşaçıların arzularını dəstəklədilər.


Alleqorik tamaşada rəqslərin quruluşu da Nicat Kazımova məxsusdur. Uğurla keçən premyerada nağıl qəhrəmanlarını Təhminə Məmmədova, Manaf Dadaşov, Nuriyyə Əliyeva, Xuraman Əlizadə, Elşən Şıxəliyev, Ceyhun Məmmədov, Nuranə Əhmədova, Aybəniz Əhmədova, Anar Seyfullayev, İlkin Namazov, Elgün Yəhyayev, Əvəz Qubatov və Nigar Məmmədova canlandırdılar.

“Mədəniyyət»







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar