Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 100 illik yubileyi ərəfəsində daha bir əsərə səhnə həyatı verməyə hazırlaşır.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi olan bu yeni tamaşa İmre Kalmanın məşhur “İddialı qaraçı” əsəridir. İ.Kalmanın adı Azərbaycan sənətsevərlərinə yaxşı tanışdır. Kollektiv hələ 1939-cu ildə bu məşhur müəllifin “Sirk kraliçası”, “Silva” əsərlərinə müraciət etmişdi.

“İddialı Qaraçı” da on il əvvəl teatrın rus bölməsində tamaşaçılara təqdim edilib. Quruluşçu rejissor Faiq Zöhrabov bu dəfə dirijor Nazim Hacıəlibəyovla birgə “İddialı Qaraçı”nın sənət iddiasını, istedadını, ifaçılıq məharətini, iradə və cəsarətini göz önündə sərgiləməyə çalışacaq. Tamaşanın səhnə tərtibatı əməkdar rəssam İsmayıl Məmmədova və istedadlı gənc rəssam, Prezident təqaüdçüsü Əli Cəfərova həvalə olunub. 

Xalq artisti Elxan Əhədzadə bu dəfə Pali Raç rolunda tamaşaçıların görüşünə gələcək. Obrazın ikinci ifaçısı isə teatrın səhnəsində bir sıra maraqlı obrazlar yaratmış istedadlı  aktyor Ələkbər Əliyevdir.
Fərid Əliyevlə Ramil Qasımov  skripka kralının oğlu  Lari Racın obrazını  oynayacaqlar. Ülviyyə Əliyeva ilə Gültac Həsənova isə Racın qızı Zarinin rolunu paylaşacaqlar. Digər rollarda əməkdar artist Ramiz Məmmədovu, Nərgiz Kərimovanı, Novruz Əliyevi,   Elçin Həmidovu və  başqa aktyorları görəcəyik.
Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev artıq tamaşanın məşqlərinin getdiyini və tezliklə tamaşaçıları Musiqili Komediya Teatrının səhnəsində daha bir maraqlı əsərə baxmağa dəvət edəcəklərini bildirdi. Onun sözlərinə görə, Rusiyanın bir cox şəhərlərinə gözlənilən yubiley -  qastrol səfərləri zamanı bir sıra milli musiqili komediyalarla yanaşı,  dünya klassikasının ən başarılı nümunələri, o cümlədən İ. Kalmanın  “İddialı Qaraçı” əsəri də göstəriləcək.

“Mədəniyyət”







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar