Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının kollektivi bu il uşaqları yeni tamaşaları ilə sevindirəcək. Teatrın direktoru Yasəmən Ramazanovanın bölgə müxbirimizə verdiyi məlumata görə, hazırda kollektiv Səməd Canbaxşıyevin “Cik-cik xanım” pyesinin məşqlərinə başlayıb. Qədim adət-ənənələrin də yer aldığı səhnə əsərində uşaqlara mərhəmət, hörmət və sevgi hissləri aşılanacaq. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın xalq artisti Yasəmən Ramazanova, bəstəkarı Əli Məmmədov, rəssamı Əvəz Allahverdiyevdir.
   Teatr rəhbəri tamaşanın «2009 - Uşaq ili” münasibətilə hazırlandığını vurğulayıb: «Naxçıvanlı balalara hədiyyə olacaq bu tamaşa ilə yanaşı, repertuarımızda Nadir Hüseynovun Azərbaycan xalq nağılı əsasında səhnələşdirdiyi “Sularda üzəydim” əsəri də var».
   Qeyd edək ki, bu il Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illik yubileyi və onun “Çay dəsgahı”nın qələmə alınmasının 120 illiyi münasibəti ilə teatr bu əsəri də səhnələşdirməyi nəzərdə tutur.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar