Cüzeppe Verdinin “Aida” tamaşası martın 14-də Bakı tamaşaçılarına nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən verilən məlumatda deyilir ki, tamaşa Azərbaycan Dövlət Opera və Balet Teatrında üç dövlətin - Azərbaycan, Gürcüstan və Belarusun opera ulduzlarının iştirakı ilə keçiriləcək.
   Aida partiyasını Azərbaycanın xalq artisti, beynəlxalq vokalçılar müsabiqəsinin laureatı Qərinə Kərimova, Radamesin partiyasını Gürcüstanın xalq artisti, beynəlxalq vokalçılar müsabiqəsinin laureatı Teymuraz Ququşvili, Amneris partiyasını isə Belarusun əməkdar artisti, beynəlxalq vokalçılar müsabiqəsinin laureatı Oksana Yakuşeviç ifa edəcək.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar