Azərbaycan Dövlət Musiqili Komediya Teatrı kollektivinin sabah Gürcüstana səfəri başlayır. Teatrın mətbuat xidmətindən bildirilib ki, səfər Novruz bayramı şənlikləri ilə əlaqədar bayramqabağı tədbirlərdə iştirak etmək məqsədi daşıyır. Səfər çərçivəsində teatrın yaradıcı heyəti Tiflis, Rustavi, Marneuli və Qardabanidə maraqlı proqramla çıxış edəcək. Kollektivin tərkibinə xalq artistləri Arif Quliyev, Fatma Mahmudova, əməkdar artist Xanım Qafarova, Prezident mükafatçıları Elçin Həmidov, Çingiz Əhmədov, aktyorlar Novruz Əliyev, İnarə Babayeva, Nərgiz Kərimova, Ramil Qasımov, Səmədzadə Xasıyev, skripka ustası Səlim Abbasov, rəqqaslar Fuad Ağayev və Səbinə Babayeva daxildir. Teatr kollektivinin bu səfəri Mədəniyyət və Turizm Nazirliyi tərəfdən maliyyələşdirilir.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar