Azərbaycanın teatr sahəsində kadr islahatları olub. Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Dövlət Gənclər Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə aprelin 7-də əməkdar artist Mübariz Həmidov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, xalq artist Cənnət Səlimova həmin teatrın baş rejissoru, Həsən Həsənov isə direktor müavini vəzifələrinə təyin edilib.
Əməkdar incəsənət xadimi Rəhman Əlizadə Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, Loğman Kərimov Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Nazir Rüstəmov İrəvan Dövlət Dram Teatrının baş rejissoru, Elman Rəfiyev Azərbaycan Dövlət Pantomima Teatrının direktoru vəzifəsinə təyin olunub.