Azərbaycan Akademik Milli Dram Teatrı Moskvada keçirilən "PRO-Teatr-2009" Beynəlxalq Teatr Sərgi-Yarmarkasında iştirak edib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, sərgi-yarmarkada teatra həsr edilmiş stend son bir neçə il ərzində ən uğurlu tamaşaların afişa və proqramları, eləcə də videoyazılar nümayiş olunub. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan Azərbaycan Akademik Milli Dram Teatrının stendi ilə çoxsaylı teatr peşəkarları və rəsmiləri, o cümlədən Rusiya prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri M. Şvıdkoy və "Qızıl Maska" festivalının baş direktoru M.Revyakina da tanış olublar. Onlar teatrın loqotipi ilə hazırlanmış hədiyyə və suvenirləri məmnuniyyətlə qəbul ediblər. Görüş zamanı Azərbaycan və Rusiya teatrları arasındakı uzunmüddətli əlaqələrin bərpasının vacibliyi vurğulanıb. Sərgi-yarmarkada Azərbaycan Akademik Milli Dram Teatrı sərgi-yarmarkanın diplomu ilə təltif olunub.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar