Dünyanın ən böyük və ən şöhrətli teatrlarından biri də La Skaladır. Özünəməxsus neoklassik üslublu mütənasibliyi, 3500 nəfərlik zalı və möhtəşəmliyi ilə digər teatrlardan fərqlənən La Skalanın layihəsini memar C.Pyermarini hazırlamışdır. Santa-Mariya della Skalla kilsəsinin yerində tikilən teatr elə adını da buradan götürmüşdür. 3 avqust 1778-ci ildə “Tanınmış Avropa” operası və A.Salyerinin iki baleti ilə La Skala öz açılışını elan edir. İkinci Dünya müharibəsi illərində La Skala demək olar ki, tamamilə darmadağın edilir, lakin 1946-cı ildə teatrın binası yenidən bərpa edilərək əvvəlki görünüşünə qayıda bilir. Dünya operasının akademiyası sayılan La Skalanın inkişafında təbii ki, məşhur italyan bəstəkarları- C.Rossini, V.Bellini, Q.Donisetti, C.Verdi, C.Puççini və başqaları böyük rol oynamışlar. Teatrda ən çox qoyulan tamaşalar dünya klassikasının şedevrlərindən, ötən əsrin məşhur incilərindən olmuşdur ki, bunlardan da M.P.Musorqskinin, P.İ.Çaykovskinin, D.D.Şostakoviçin, R.Vaqnerin, R.Ştrausun və başqalarının opera və baletlərini nümunə göstərmək olar. Truppanın tərkibi isə adətən müxtəlif millətlərdən təşkil olunurdu ki, onlardan da məşhur italyan müğənnisi A. Katalanini, T.Ruffonu, R.Tebaldini, bolqarlardan B.Xristovu, ispanlardan M.Kabalyeni, P.Dominqonu, isveçrəli müğənni K.Nilsonu, yunan M.Kallası, ruslardan isə F.İ.Şalyapini qeyd etmək kifayətdir. La Skalaya xüsusi prestij gətirənlər siyahısında öz adını möhürləyənlərdən biri də bütün ömrünü incəsənətə həsr etmiş dirijor A.Toskanini olmuşdur. Bütün bunlarla yanaşı, burada məşhur teatr və kino rejissorları L.Viskonti, F.Zeffirelli, L.Ronkoni, C.Streler də bir çox yaddaqalan tamaşalara öz imzalarını atmışlar. Lakin bütün bu məşhur sənət adamlarının arasında La Skalanı opera teatrı kimi sözün əsl mənasında təsdiqləyib onu dünya opera sənətinə hədiyyə edən daha iki insanın, teatrın direktoru olmuş A.Qirinqelli və P.Qrassinin adlarını xüsusilə vurğulamaq lazımdır. Məhz onların təşəbbüsləri ilə teatr müxtəlif zamanlarda bir çox ölkələrdə qastrol səfərlərində çıxışlar etmişdir. 1955-ci ildən etibarən La Skalanın nəzdində “Pikkola Skala” teatrı da fəaliyyət göstərməyə başlamışdır.
  
   Yeganə CANSAİL






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar