100 illik yubileyinə hazırlaşan Azərbaycan Dövlət Musiqili Komediya Teatrı bugünlərdə xoş bir müjdəni öz həmkarları, respublika teatr ictimaiyyəti və sevimli tamaşaçıları ilə bölüşüb. Rusiyanın Akademik Böyük Teatrının, Qalina Vişnevskayanın Opera ifaçılığı Mərkəzinin, Moskvanın Y.Kolobova adına Yeni Opera Teatrının, Sankt-Peterburqun «Muzik-Holl» Teatrının, K.S.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının, Sankt-Peterburqun Musiqili Komediya Teatrının, ümumiyyətlə Rusiyanın, Ukraynanın, Belarusun, Qazaxıstanın dünyaşöhrətli teatr kollektivlərinin daxil olduğu Musiqili Teatrların Beynəlxalq Assosiasiyasında bundan sonra Azərbaycan teatrının da adı çəkiləcək. Aprelin 18-də Moskvada keçirilən assosiasiyanın ümumi yığıncağında açıq səsvermə keçirilmiş, teatr yekdilliklə Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının üzvləri sırasına daxil edildi.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar