Elçinin «Ölüm hökmü» dramının ilk premyerası mayın ilk günlərində olacaq.Bu haqda məlumat verən Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov bildirdi ki, dram əsərinə əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verir. Rolları xalq artisti Alim Məmmədov, əməkdar artist Pərvanə Qurbanova, Novruz Cəfərov, Ramiz Vəliyev, Akif Səfərovla birlikdə 40-dək aktyor canlandıracaq. Əsərlə bağlı məlumat verən müsahibimiz burada keçid dövrünün ağrılarından bəhs olunduğunu söylədi. Ə.Qasımov teatr mövsümü ərzində xarici müəlliflərin əsərlərinə, o cümlədən çinli dramaturqlara müraciət olunacağını da bildirdi. Əlavə edək ki, teatrın yaradıcı heyəti yaxın zamanlarda Türkiyədən qastrol səfəri üçün dəvət də gözləyir.
   
   “Mədəniyyət”







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar