Mayın 27-də, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə olaraq, A. Adananın «Jizel» tamaşasında, Rusiyanın Dövlət Akademik Böyük Teatrının artisti Çinarə Əlizadə çıxış edəcək. Qeyd edək ki, Moskva Xoreoqrafiya Akademiyasında Çinarənin müəllimləri məşhur balet ustaları Natalya Arxipova və Lyudmila Litavkina olub. Hazırda o, Böyük Teatrın ən parlaq və perspektivli rəqqasələrindəndir. Rusiyanın prestijli «Balet» jurnalına verdiyi müsahibədə Çinarə Əlizadə qeyd edib ki, onun ən böyük arzularından biri Azərbaycanın Opera və Balet teatrının məşhur səhnəsində çıxış etməkdir. Çinarənin Böyük Teatrda peşəkar uğurlarını və Rusiyanın balet mütəxəssislərinin onun haqqında bir balerina kimi yüksək rəylərini nəzərə alaraq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi istedadlı rəqqasəni teatrın səhnəsində çıxış etmək üçün dəvət etdi. «Jizel» tamaşasında Çinarənin tərəf müqabili - Böyük Teatrın premyeri, Rusiyanın əməkdar artisti, Beynəlxalq balet artistləri müsabiqələrin laureatı Andrey Bolotin olacaq.
   Şübhəsiz ki, istedadlı azərbaycanlı balerinanın Bakıda çıxışı həm teatrın, həm də Bakı şəhərinin mədəni həyatında maraqlı və parlaq hadisəyə çevriləcək və balet sevərlərə böyük zövq verəcək.  

   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar