S.Vurğun adına Dövlət Rus Dram Teatrının builki teatr mövsümü iyulun 5-də başa çatır. Yeni mövsümdə teatr “Karamazov qardaşları”nı tamaşaçılara təqdim edəcək. Teatrın baş rejissoru Aleksandr Şarovski tamaşa barədə məlumat verib: “Teatr doyulmayan bir məkandır. Yeni mövsümdə istəkli tamaşaçılarımıza Dostoyevskinin “Karamazov qardaşları”nı təqdim edəcəyik. SSRİ vaxtında olduğu kimi, bir teatrın aktyorunun digər teatrın tamaşalarında iştirak etməsi praktikası bu gün yoxdur və bu, o qədər də aktual deyil. O, tamaşaçının müxtəlif mövzulara marağına toxunaraq deyib ki, tamaşa üçün mövzu tapmaq çətindir. Tamaşaçını cəlb etmək üçün məhz hansı mövzunu səhnələşdirməyin özü böyük bir “müəmma”dır. Mən, məsələn, məhəbbət haqqında pyesləri hazırlamağı xoşlayıram, tamaşaçı da onları sevir. Bu, ölməzdir. Qalan mövzuları fikirləşib tapmaq isə çox çətindir. Teatrın direktoru Ədalət Hacıyev isə bildirib ki, Rus Dram Teatrı teatrın sabiq aktyoru Nodar Şaşıqoğlunun Kral Lir rolunun ən yaşlı ifaçısı kimi Ginnesin Rekordlar Kitabına daxil edilməsi üçün həmin ofislə yazışmanı davam etdirir.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar