Mersin Dövlət Opera və Balet Teatrının səhnələşdirdiyi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası Türkiyənin cənub-şərq bölgəsində göstərilən ilk operetta kimi tarixə düşüb. Operetta böyük marağa səbəb olub, salona toplaşanlar tamaşanı sürəkli alqışlarla qarşılayıblar.
   Tunceli valisi Mustafa Yaman tamaşanın nümayişindən sonra səhnəyə qalxaraq, qardaş Azərbaycan bəstəkarının bu ölməz əsərinin vilayətdə operetta, opera janrlarında gələcəkdə nümayiş etdiriləcək əsərlərə yol açacağını bildirib.
   Tamaşanın quruluşçu rejissoru Məlik Öztürk bildirib ki, “Arşın mal alan” operettası Türkiyənin cənub-şərqində Bingöl, Batman, Siirt, Bitlis və Hakkari vilayətlərində də göstəriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar