Dövlət Akademik Milli Dram Teatrının kollektivi növbəti qastrol səfərinə hazırlaşır. Teatr kollektivi bu dəfə Türkiyəyə gedir. Ötən ilin noyabr ayndan təmirə dayandırılan teatrın kollektivi Türkiyənin Tarsus şəhərində keçiriləcək “Türk Dünyası Teatro Günləri”ndə iştirak edəcək. Teatrın kollektivi 16-23 iyun tarixlərində keçiriləcək teatr günləri çərçivəsində Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” tamaşasını nümayiş etdirəcək. Ağakişi Kazımovun quruluş verdiyi, Cavanşir Quliyevin musiqi yazdığı uğurlu səhnə əsəri qədim Göytürk dövlətinin yaranmasından bəhs edir. Ustad şair Bəxtiyar Vahabzadə əsərdə türkün güc və böyüklüyünün onun birliyində olduğunu göstərib. “Nə qədər qılıncımız düşməni yox özümüzü kəsəcək, türk böyük ola bilməyəcək”. Odur ki, teatrın direktoru M.Bünyadov tamaşanın türkiyəli teatrsevərlər üçün maraqlı olacağına şübhə etmir.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar