Azərbaycanın əməkdar artisti, Bakı Kamera Teatrının aktyoru Şövqi Hüseynov Avropanın böyük teatr festivallarının birinə dəvət alıb. Bu festival Belarusun Brest şəhərində sentyabrın 5-dən 12-dək keçiriləcək. Sözügedən XIV Beynəlxalq «Belaya veja» teatr festivalında Şövqi hələ bir neçə il əvvəl Nikolay Qoqolun «Dəlinin qeydləri» əsəri əsasında hazırladığı eyniadlı tamaşasını təqdim edəcək. Məlum olduğu kimi, bu, bir monotamaşadır və səhnədə Şövqini yalnızca Alfred Şnitkenin musiqisi müşayiət edir. Tamaşa Azərbaycan dilindədir.
   Qeyd edək ki, «Belaya veja» festivalı kukla, rəqs, eksperimental və akademik dram janrlarını əhatə edərək 1996-cı ildən keçirilir. Xatırladaq ki, builki festival dahi rus ədibi Nikolay Vasilyeviç Qoqolun 200-illik yubileyinə həsr olunur və festivalda sayca ondan artıq (Polşa, Rusiya, Ukrayna, Braziliya, Venesuela, Almaniya, İran və s.) ölkədən 25 teatr kollektivi iştirak edəcək. 8 günlük festival proqramına 4-ü meydan tamaşası olmaqla, 30 tamaşa daxildir ki, bunların ən qeyri-adisinin Meyerxold adına Teatr Mərkəzi ilə Theatre Solutions və studii SounDramanın birgə layihəsi olan, «Qoqol. Axşamlar» («Dikanka yaxınlığında xutor axşamları» povesti əsasında) saundramı olacağı gözlənilir. Həmçinin festivalın proqramına Nabokovun «Lolita» və Servantesin «Don Kixot» əsərlərinin tamaşası da daxildir.
  
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar