Teatr - Azərbaycan mədəniyyətinə “gəlmə” olsa da, artıq incəsənətimizin ayrılmaz hissəsidir. Əgər belə deyilsə, onda gərək sovet quruluşu Azərbaycandan gedəndə teatrını da özü ilə aparmalı idi. Teatr getmədi, qaldı. Azərbaycan teatrı haqqında biliklərimə əsaslanıb deyə bilərəm ki, sovet dönəmində heç vaxt tamaşaçı sarıdan teatrlarımızın problemi olmayıb. Buna səbəb rus mədəniyyətinin düzgün təbliği və rusdilli əhalinin teatr mədəniyyətinə hörməti, bağlılığı idi. Həmin dövrdə teatr sənətinə əsl istedadlar axını başlandı, bu gün fəxr etdiyimiz sənətkarlar nəsli yetişdi. Bakının hər küçəsində uşaqlar teatr qurur, səhnəciklər yaradırdılar. Belə nəticəyə gəlirik ki, teatr ictimai şüurda formalaşmalı, maraqlı olması ilə seçilməlidir. Bu da faktdır ki, teatr tariximiz artıq qocaman olsa da, teatr mədəniyyətimiz hələ ki, tam formalaşmayıb. Səmimi etiraf edək ki, paytaxt əhalisində teatra getmək vərdişi hələ də problem olaraq qalır. Ancaq hal-hazırda Bakıda yaşayan rus əsillilər və rusdilli azərbaycanlılar mütəmadi olaraq Rus Dram Teatrına gedir və göstərilən istənilən tamaşanı (peşəkarlıq tərəfini nəzərə almadan) sona qədər izləyir, alqışlarını da əsirgəmir. Analoji Milli Dram Teatrını götürsək, hər zaman tamaşaçı problemi var. Əgər bir azərbaycanlı muğam dinləyib, daxilinə qapanırsa, özünün vətən, sevgi dərdini burda tapırsa, teatra gəlib nəyi tapacaq? Eyni simalı aktyorlar,eyni tərzli tamaşalar. Bənzətmə aparsaq görərik ki, eyni rəng insanı nə qədər tez yorursa, tamaşa da rəngarəng deyilsə, yorucudur.
   Teatrda arxa oturacaqda yatan,mobil telefonu ilə əylənən tamaşaçılara az rast gəlməmişik. Anlamağımız lazım olan əsas məsələ bu ki, aktyorun istədiyimiz kimi oynamamasına, tamaşaçının da olmamasına səbəb teatr mədəniyyətinin tam formalaşmasında axtarmalıyıq. İnsanın daxili xaricindən daha çox önəmli olduğu kimi teatr binalarının gözəl olmasından daha çox teatr mədəniyyətimizin olması daha vacibdir.
   
   Aygün SÜLEYMANOV







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar