Dövlət Pantomima Teatrı Gürcüstanda keçirilən «Tbilisi İnternational» beynəlxalq teatr festivalından qayıdıb. «Tbilisi İnternatonal» qonşu ölkənin ən nüfuzlu və irimiqyaslı festivalıdır. Festival kino, teatr, rəsm, foto və s. incəsənət janrlarını əhatə edir. Latviya, Litva, Koreya, İsveçrə, Fransa, Almaniya, Polşa və s. ölkələrin qatıldığı «Tbilisi İnternational» teatr festivalı sentyabrın 26-dan oktyabrın 18-dək keçirilir.
   Azərbaycan Dövlət Pantomima Teatrı festivalda «Maska» tamaşasını təqdim edib. Teatrın direktoru Elman Rəfiyevin verdiyi məlumata görə, «Maska» böyük maraqla və alqışlarla qarşılanıb: «Tamaşa oktyabrın 5-də oynanıldı. Zal dolu idi. Tamaşanın dramatik məqamları olan pauzalarda nəfəs dərmədən sakitlik yaranırdı, çətin pantomima elementindən, emosional jestdən sonra gurultulu alqışlar qopurdu. Ümumiyyətlə, festival yüksək səviyyədə təşkil olunmuşdu. Orada gördüyümüz tamaşalara gəlincə, yeganə olaraq İstanbul Musiqi və Səma Qrupu Teatrının «Yanan dərvişlər» tamaşasını gördük».
   Qeyd edək ki, sözügedən festivala Litvanın OKT teatrı Şekspirin «Romeo və Cülyetta» əsərinin, Litvanın «Meno Fortas» teatrı «Faust» əsərinin tamaşası ilə, Polşa teatrı Yanuş Vişnevskinin quruluşunda «The tempest» adlı, Fransa teatrı isə «Belə, belə» tamaşası ilə qatılıb. Ermənistanın Yerevan Dövlət Gənclər Teatrı Şekspirin «Hamlet» əsəri əsasında hazırlanmış «... və aldadılmış məhbus», Vilnüs Teatr Laboratoriyası «Çevrənin açılması» adlı tamaşasını yaxın günlərdə oynayacaq. Koreyanın Sədəri Teatr laboratoriyası «Voyjek» adlı, İsveçrənin Veymar teatrı isə «Heterofil» adlı tamaşasını da festivalın sonunadək təqdim edəcək.
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar