Bu yaxınlarda təmir-bərpa işləri yekunlaşan Dövlət “Yuğ” Teatrı yenidən fəaliyyətə başlayacaq. Teatrın direktoru Tərlan Rəsulovun verdiyi məlumata görə, artıq bu ilin sonuncu ayı üçün repertuar üzərində işlər başlanıb.
   T. Rəsulov 2010-cu ildə keçiriləcək iki beynəlxalq teatr festivalına dəvət aldıqlarını da deyib. Bu festivallardan biri gələn ilin fevralında İranın paytaxtı Tehranda keçiriləcək “Fəcr” ikincisi isə apreldə Türkiyənin Konya şəhərində keçiriləcək “Min nəfəs, bir səs” festivalıdır.  T. Rəsulov onu da əlavə edib ki, teatrın aktrisası Günay Səttarova Türkiyəyə, aktyor Tural Vaqifoğlu isə Polşaya 6 aylıq təcrübəyə göndərilib. Bu layihə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar