Dekabrın 19 və 21-də Türkiyənin Samsun Dövlət Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəyovun «Arşın mal alan» operettasının premyerası və qala tamaşası keçiriləcək.
Bu barədə müxbirimizə hazırda Samsun Dövlət Opera və Balet Teatrının dəvətilə Türkiyədə səfərdə olan Akademik Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev məlumat verib. Artıq bir aydan çoxdur ki, qardaş ölkədə bu operettaya quruluş verən rejissorun sözlərinə görə, səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşir.
Rejissor səhnə əsərinin çox böyük marağa səbəb olduğunu və biletlərin tam satılıb qurtardığını da dedi. Premyerada qardaş ölkənin hökumət rəsmilərinin və sənət adamlarının da iştirakının gözlənildiyini bildirdi.
Baş rejissor orkestri alman dirijoru Markosun idarə edəcəyini də dedi.