C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 127-ci mövsümünü başa vurub. Teatrın direktoru, Xalq artisti Kamran Quliyevin verdiyi məlumata görə, mədəniyyət müəssisəsi mövsümü şair Müzəffər Nəsirlinin şairə Qönçəbəyimin həyatından bəhs edən “Qönçəbəyimin nəğməsi” pyesi əsasında səhnələşdirilən tamaşa ilə yekunlaşdırıb.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Rövşən Hüseynov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Naxçıvan MR-in əməkdar artisti Əbülfət Babayevdir.
Səhnə əsərində baş rolu (şairə Qönçəbəyim) gənc aktrisa Zəminə Baxşəliyeva, digər rolları xalq artistləri Rza Xudiyev, Kamran Quliyev, əməkdar artist Xəlil Hüseynov, Naxçıvan MR-in əməkdar artistləri Əbülfət İmanov, Bəhruz Haqverdiyev və başqaları ifa edirlər.
Teatr yeni mövsümünə sentyabrın ikinci ongünlüyündə başlayacaq.
Ceyhun