Aprelin 17-də Azərbaycan Xalça Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin "Milli irs mükafatı"nın təqdimetmə mərasimi keçiriləcək. Tədbirdə ənənəvi olaraq, hər il 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə ölkəmizin zəngin mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə bu sahə üzrə fərqlənmiş şəxslər və təşkilatlar mükafatlandırılacaq.
Tədbir çərçivəsində “İRS" silsiləsindən yeni nəşr - Şəkinin maddi və mənəvi irsinə həsr olunmuş "Məftun edən şəhər" adlı kitabın təqdimatı da olacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar