Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 90 illiyi dövlət səviyyəsində qeyd olunacaq. Bu barədə məlumat verən teatrın direktoru Ədalət Hacıyev deyib ki, yubiley tədbiri dekabrın 21-də keçiriləcək.
   
    Həmin gün Azərbaycanın digər dövlət teatrlarının kollektivləri Rus Dram Teatrını təbrikə gələcəklər. Elə bu münasibətlə də həmin teatrların kollektivlərinin ifasında tamaşalardan parçaların nümayişi nəzərdə tutulur.
   Ə.Hacıyev qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə baş tutacaq yubiley tədbirində MDB ölkələrinin tanınmış teatr xadimlərinin iştirakı da gözlənilir. Yubiley tədbirində Rusiyanın tanınmış teatr xadimləri Nina Ruslanova, Spartak Mişulinin qızı Karina Mişulinin iştirakı dəqiqləşib. Rus Dram Teatrında yubiley tədbirinə ciddi hazırlıq işləri aparılır.