Dekabrın 1-də Səməd Vurğun adına Rus Dram Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “Mərdəkan” Xalq Teatrının 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Əsası 1920-ci ildə qoyulmuş teatrın yaranma tarixindən, teatrda gedən yaradıcılıq işlərindən və teatrın qazandığı nailiyyətlərdən söhbət açılacaq. Yubiley gecəsində “Mərdəkan” Xalq Teatrı kollektivinin ifasında Əməkdar incəsənət xadimi, dramaturq Rəhman Əlizadənin “Maymaq” tamaşası təqdim olunacaq.