Qax Dövlət Kukla Teatrında həvəskar dramaturq Osman Ümmanın qələmə aldığı “Ağ atlı oğlan” mənzum nağıl-pyesin məşqlərinə başlanılıb. Xeyirin Şər üzərində qələbəsindən bəhs edən yeni tamaşanın quruluşçu rejissoru İsako Zeynalaşvili, musiqi tərtibatçısı Yusif Abdurahmanov, quruluşçu rəssamı isə Mais Abdullayevdir.
   Teatrın baş rejissoru Yusif Abdurahmanov bildirib ki, yaradıcı kollektiv Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyası əsasında hazırlanan tamaşa üzərində məşqləri artıq başa çatdırıb. Teatr tezliklə bu tamaşa ilə qonşu rayonlara qastrol səfərinə yola düşəcək. Bundan əlavə, teatrda Yeni il şənlikləri ilə əlaqədar uşaqlar üçün xüsusi bayram proqramı da hazırlanır. r