Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı N.A.Rimski-Korsakovun musiqisi əsasında «Şəhrizad» baleti səhnələşdirilib. 
   Yanvarın 30-da baletin premyerası keçiriləcək. Balet klassik quruluşda Xalq artisti Tamilla Şirəliyevanın redaksiyasında səhnələşdirilib. «Şəhrizad» partiyasını Əməkdar artist, Prezident mükafatçısı Kamilla Hüseynova ifa edəcək. Bu rolun ikinci ifaçısı isə gənc balerina Elmira Mikayılovadır. Tamaşada digər əsas partiyalarda əməkdar artistlər Gülağası Mirzəyev və İslam İmanov çıxış edəcəklər. Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovdur.
   Qeyd edək ki, Rimski-Korsakovun «Şəhrizad» baleti rus simfonik musiqisinin zirvəsində duran əsərlərdən biridir. Rimski-Korsakov bu əsəri 1888-ci ildə qələmə alıb. Əsər tez-tez dünyanın ən yaxşı orkestrləri tərəfindən ifa olunur.
   
   Gülər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar