Azərbaycan və Türkiyə sənətçilərinin birgə səhnə əsəri
   
   Martın 18-də Türkiyənin Manisa şəhərində Türkiyə və Azərbaycanın teatr ustalarının birgə səhnələşdirdikləri “Sarıqamışdan Çanaqqalaya” tamaşası göstəriləcək. Bu barədə Manisa bələdiyyəsinin nəzdində fəaliyyət göstərən teatrın baş rejissoru Tayfun Şengöz məlumat verib. Onun sözlərinə görə, ötən mövsümdə Manisada bələdiyyə teatrının truppası tərəfindən iki dəfə nümayiş olunan tamaşa yenidən səhnələşdiriləcək. Hazırda tamaşa üzərində məşqlərin davam etdirildiyini deyən rejissor, səhnə əsərinin bütün yaş təbəqələri üçün nəzərdə tutulduğunu bildiib.
   Qeyd edək ki, türk yazıçısı Zihni Papaqçının eyniadlı əsəri əsasında hazırlanmış tamaşa Çanaqqala döyüşlərində qəhrəmanlıqla vuruşaraq şəhid olan azərbaycanlı gənclərin həyatından bəhs edir. Əvvəllər də Türkiyədə səhnəyə qoyulan tamaşada bəzi rollarda Azərbaycandan dəvət edilən aktyorlar oynayıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar