Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Teleskop” tragikomediyası əsasında yeni tamaşanın məşqləri başlanılıb. 
   Teatrdan verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Finlandiyada yaşayan həmvətənimiz Kamran Şahmərdandır. 1972-ci ildə Bakıda doğulan K.Şahmərdan Stokholm İncəsənət Akademiyasını bitirib, Sankt-Peterburqda kukla teatrı rejissurası üzrə ikiillik kurs keçib. Rejissor 1994-cü ildə AzTV-də çalışıb, burada S.Bekketin “Oyun” əsəri əsasında teletamaşa hazırlayıb.
   O, 1999-cu ildən Finlandiyada yaşayır və fəaliyyət göstərir. 2003-cü ildə Finlandiyanın İmatra şəhərində sinkretik “Qara və Ağ” teatrını yaradıb. Rejissor Bakının müxtəlif teatrları ilə əməkdaşlıq edir. “Yuğ” teatrında Kobe Abenin “Səhrada qadın”, Rus Dram Teatrında Jan Anuyun “Torağay” və Elçinin “Cəhənnəm kirayənişinləri”, Kukla Teatrında “Qara və ağ” tamaşalarını səhnələşdirib.
   Rejissorun quruluş verdiyi “Teleskop” tamaşasına tərtibat vermək üçün məşhur səhnəqraf Eduard Koçerqin dəvət olunub. O, Rusiyanın Xalq rəssamı, Rusiya İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatları laureatıdır. Tamaşanın geyim üzrə rəssamı Eduard Koçerqinin həyat yoldaşı Anna Koçerqinadır. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar