Fevralın 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-publisist Vaqif Əlixanlının “Əcəl atı” əsəri əsasında hazırlanmış eyniadlı ikihissəli tamaşanın premyerası keçirilib. Tamaşa torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsinə həsr edilib.
   Kəskin münaqişələr, dramatik məqamlar, maraqlı epizodlar üzərində qurulan tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Əməkdar incəsənət xadimi Sərdar Fərəcovdur.
   Rollarda əməkdar artistlər Qəmər Məmmədova, Rahib Əliyev, Lətifə Əliyeva, Nübar Novruzova, Gülər Nəbiyeva, aktyorlar Sona Babayeva, Şəfəq Əliyeva, Mehriban Abdullayeva, Məsumə Babayeva və başqaları çıxış ediblər.
   Tamaşanın süjet xəttindən məlum olur ki, qorxudulan əhali doğma yurd-yuvalarını qoyub qaçmağa hazırlaşır. Kəndin ağbirçəyi Sədəf qarının insanları geri qaytarmaq istəyi baş tutmur. Sədəf qarıdan başqa heç kimin gözünə görünməyən yəhər-yüyənli əcəl atı sonda kənddə yalqız qalan qarını özü ilə aparır.
   Qarabağ həqiqətlərini bir daha soydaşlarımızın yaddaşına həkk edən səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar