Musiqili Komediya Teatrında yeni tamaşa hazırlanır
   
   Musiqili Komediya Teatrının rejissorlarının sırasına biri də əlavə olunub. Mark Kamolletinin «Xoşbəxt ailə oyunu oynayırıq və ya fransızsayağı qarnir» əsərini teatrın rus bölməsində Əməkdar incəsənət xadimi, Əsgər Əsgərov hazırlayacaq. Tamaşanın musiqi rəhbəri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədovadır. Teatrın rus truppasında təqdim olunacaq tamaşada aparıcı aktyorlar Nərgiz Kərimova, Nadejda Povalesina, Fərid Əliyev, Rauf Babayev, Yuliya Heydərova və digərləri çıxış edəcəklər.
   Qeyd edək ki, Ə.Əsgərov uzun illər Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, 1990-1996-cı illərdə teatrın baş rejissoru olub. Akademik Milli Dram Teatrında Viktor Rozovun «Şadlıq sorağında», Nəbi Xəzrinin «Burla xatun», Kamal Abdullanın «Hərdən mənə mələk də deyirlər...», Jan Batist Molyerin «Skapenin kələkləri», A.Kamyunun «Anlaşılmazlıq» və s. əsərlərinə quruluş verib.
   Gülər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar