Aprelin 1-dən 7-dək Sankt-Peterburqda «Arlekin» Beynəlxalq festivalı çərçivəsində MDB dövlətləri musiqili teatrlarının tamaşalarına baxış keçiriləcək. Rusiya Teatr Xadimləri İttifaqı və Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək festivalda Azərbaycan Dövlət Musiqili Komediya Teatrı da təmsil olunacaq. Festivalın sonuncu günü Sankt-Peterburqun Aktyor Evində “Rusiyanın müəllif müzikli - XXI: biz hara gedirik?…” mövzusunda dəyirmi masanın keçirilməsi də planlaşdırılır. Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev “dəyirmi masa”da iştirak edəcək. Moskva və Sankt-Peterburqun aparıcı teatr tənqidçilərinin, musiqili teatrlar üçün libretto yazan müəlliflərin və s. iştirak edəcəyi tədbirdə festival çərçivəsində nümayiş olunacaq tamaşalar, Rusiya müəlliflərinin son on ildə yazdığı yeni əsərlər müzakirə olunacaq.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar