Əməkdar artist Fidan Hacıyeva aprelin 17-də yenidən Opera və Balet Teatrında «Karmen» operasında əsas partiya ilə səhnəyə çıxacaq. İfaçı bildirib ki, artıq hazırlıqlara başlanılıb, məşqlər gedir: «Hər dəfə Karmeni oynayanda özümü dünyanın ən xoşbəxt insanı sayıram. Bu olduqca böyük məsuliyyətdir. Bilirəm ki, tamaşaçılarımız Karmen üçün çox darıxıb».
   Qeyd edək ki, Jorj Bizenin «Karmen» operası, ötən il olduğu kimi, bu dəfə də Hüseyn Əliyevin quruluşunda hazırlanır. Həmin gün operanı Xalq artisti, dirijor Cavanşir Cəfərov idarə edəcək.    

Gülər