Alman aktyorlar Gənc Tamaşaçılar Teatrında çıxış ediblər
   
   Aprelin 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Arxamca qaç ki, mən səni tutum” tamaşası nümayiş etdirilib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Alman-Azərbaycan Cəmiyyəti və Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsi əsasında reallaşan tamaşa Almaniyanın Rozenhaum şəhərinin teatr truppası aktyorlarının iştirakı ilə oynanılıb. Səhnə əsərində Konstans Baruşke, Yorq Herveq iştirak ediblər. Tamaşanın əlaqələndiricisi Peter Ştihanerdir.
   Qeyd edək ki, bu tamaşa ötən ilin noyabrında Bakıda keçirilən «Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər» mövzusunda beynəlxalq konfransda iki ölkə arasında teatr təcrübəsi mübadiləsinə dair aparılmış müzakirələrin ilk nəticəsi sayıla bilər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar