Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat xidmətindən verilən məlumata görə, teatr aprelin 21-23-də Mərakeş Krallığının Taza şəhərində keçiriləcək Uşaq teatrı üzrə 12-ci Beynəlxalq teatr festivalına dəvət alıb. Teatr festivalda Nizami Gəncəvinin “Xeyir və Şər” əsəri əsasında hazırlanmış tamaşanı nümayiş etdirəcək. Nümayəndə heyətinə teatrın direktoru Rəşad Əhmədzadə rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibinə baş rejissor Rəhman Əlizadə, teatrın bədii quruluş hissə müdiri Süleyman Muradov, səhnə quraşdırma sexinin rəisi Rəşad Yaqubov, artistlər Rəhim Rəhimov və Cəmilə Allahverdiyeva daxildirlər.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar