Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə aprelin 18-dən 27-dək paytaxtda fəaliyyət göstərən xalq teatrlarının festivalı keçirilir. 
   İdarədən verilən məlumata görə, festival mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi, onların fəaliyyətini dövrün tələblərinə uyğun qurmaq, müasir formaların tətbiq olunması, əhalinin teatr sənətinə marağının artırılması məqsədi ilə təşkil olunub.
   Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 2010-cu ildə kiçikhəcmli hekayələr və birpərdəli pyeslər müsabiqəsi keçirilib. Müsabiqədə qalib gəlmiş müəlliflərin əsərləri isə Xalq teatrlarına təqdim olunub.
   Gənc yazarların xalq teatrları ilə ilk tandemi builki festivalı daha da maraqlı edən səbəblərdən biridir. Festivalın münsiflər heyətinin tərkibinə Mədəniyyət və İncəsənət Universitetinin dosentləri Könül Axundova və Azad Şükürov, Milli Dram Teatrının ədəbi hissə müdiri Atababa Hacıbabayev, Şuşa Musiqili Dram Teatrının baş rejissoru Loğman Kərimov, Bakı Musiqi Akademiyasının dosenti Aydın Əzimov daxildir.
   Qalib gəlmiş kollektivlər diplom və mükafatlarla yanaşı, Xalq Teatrlarının Respublika baxış-müsabiqəsinə vəsiqə qazanacaq. Bakı şəhər Xalq Teatrları Festivalı qaliblərinin təqdimat mərasimi aprelin 27-də Abdulla Şaiq adına Dövlət Kukla Teatrında keçiriləcək.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar