Bakı Uşaq Teatrında aprelin 20-də «Ağıllı tülkü» tamaşasının premyerası keçirildi. Ssenari müəllifi və rejissoru İntiqam Soltan olan tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Nağılıdır. Rolları Elnur Əliyev, Könül Şahlarova, Niyaz Qasımov, Elmir Mehdiyev, Lalə Məmmədova, Günel Həmidova ifa edirlər. Maarifləndirici səhnə əsəri olan «Ağıllı tülkü» tamaşası uşaqlara bilik və bacarıqlarını xeyirli işlərə sərf etməyi aşılayır. Uşaqlar bunu ağıllı tülkünün timsalında anlayacaqlar.
   Teatrın rəhbəri İ.Soltan bildirdi ki, tamaşa ilə bağlı artıq sifarişlər var və səhnə əsəri müxtəlif yerlərdə təqdim olunacaq. Teatr rəhbəri onu da əlavə etdi ki, Ədliyyə Nazirliyindən birgə layihə işləməklə bağlı təklif alıb. Layihə QİÇS xəstəliyinə qarşı mübarizəyə həsr olunmuş tamaşanın hazırlanmasını nəzərdə tutur. Bununla bağlı Arzu Soltan «Atom müharibəsi lazım deyil» adlı ssenari yazıb. Məişət mövzusunda yazılmış bu əsər may ayında səhnələşdirilməlidir. Layihənin sonrakı mərhələsinə görə isə bu tamaşa bütün cəzaçəkmə müəssisələrində nümayiş etdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar