Özbəkistan paytaxtındakı Əlişir Nəvai adına Böyük Teatrda “Daşkənd baharı-2011” opera və balet festivalı keçirilib.
   Festivalda Azərbaycan, İtaliya, Rusiya, Bolqarıstan, Belarus, Ukrayna, Moldova və Özbəkistanın opera və balet sənətinin tanınmış nümayəndələri, dirijorlar iştirak ediblər. Azərbaycanın Əməkdar artisti, professor Yalçın Adıgözəlov festival çərçivəsində ifa olunan C. Puççininin “Floriya Toska” operasına dirijorluq edib.
   Aprelin 25-dən mayın 2-dək davam edən festivalda nümayiş olunan 5 operadan 2-nin - C.Verdinin “Traviata” və J.Bizenin “Karmen” operalarının quruluşçu rejissoru Daşkənddə yaşayan tanınmış həmvətənimiz, Azərbaycanın və Özbəkistanın Xalq artisti Firudin Səfərovdur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar