Teatr «Sur» tamaşasını təqdim etdi
“Yuğ” Dövlət Teatrı «Sur» transpersonal nəğmələr tamaşasını təhvil verdi. Vidadi Həsənovun quruluş verdiyi tamaşanın quruluşçu rəssamı Umay Minnur, musiqi tərtibatçısı Samir Mehdiyevdir. Səhnə əsərində Sonaxanım Mikayılova, Məmməd Səfa, Yaqut Paşazadə, Təranə Atacan, Qasım Nağı, Mətanət Abbasova və «Axın» yaradıcılıq studiyasının aktyorları iştirak edirlər.
«Hər kəsin bildiyi həqiqət, hələ hər kəsin biləcəyi həqiqət deyil» - tamaşa bu fikir üzərində qurulub. Səhnə əsərində ideya «birincilər» və «ikincilər» tərəfindən təqdim olunur. Tamaşa boyu birincilər həqiqət qapısının astanasına çatsalar da, niyyətlərini hasil edə bilmirlər. Onlar hələ amansız gerçəkliyin enişli-yoxuşlu yollarından keçməlidirlər. Çünki onlar həqiqətə vaqif olmaq istəyənlərdir. İkincilər isə əksinə, həqiqətə vaqif olanlardır. Bu yollarda ömrünü-gününü qoyanların həqiqəti isə həqiqətə oxşamır. O, çox bər-bəzəklidir, çox gözəl və cazibədardır - lap yalana oxşayır.
Birincilər və ikincilər həqiqəti özlərinə məxsus ifa etdilər. Hər kəsin biləcəyi həqiqəti isə izah etmək mümkün olmadı.
Livan xalq musiqisinin səsləndiyi tamaşanı su damlalarının səsinin müşayiət etməsini isə, müəllif belə izah etdi: «Tamaşanın atmosferi - su damlalarının səsindən yaranan sakitliyi andırmalıdır. Aktyorların ifası isə psixosof poetikasına əsaslanmalıdır. Qeyri-adı geyimlər də bunun üçündür. Tamaşa üçün seçdiyimiz musiqi isə emosionallığı artırır».
Gülər