Mayın 20-də H.Sarabski adına mədəniyyət evində Bakı Uşaq Teatrının təqdimatında Arzu Soltanın “Heç kəsə zəmanət verilmir” pyesi əsasında “Qeyri-adi məhkəmə” tamaşasına ictimai baxış keçirildi.
Tamaşa Uşaq Teatrında hazırlansa da, əslində böyüklər üçün hazırlanıb. Səhnə əsəri Ədliyyə Nazirliyinin sifarişi ilə hazırlanıb və QİÇS xəstəliyi ilə bağlı maarifləndirici xarakter daşıyır. İnteraktiv üslubda - seminar-tamaşa janrında hazırlanan səhnə əsərinin rejissoru teatrın direktoru İntiqam Soltandır.
Tamaşada bəşəriyyətin bəlası olan narkotik (aktyor Cavanşir Məhərrəmov), QİÇS (Günel Həmidova) və alkoqolun (Niyaz Qasımov) məhkəməsi təsvir olunub. Məhkəmədə hər üç mənfi “qəhrəman” öz əməllərindən, nə qədər insanı məhv etdiklərindən söz açırlar. Məhkəmədə təkcə onlar deyil, bu xəstəlikdən əziyyət çəkən cəmiyyətin müxtəlif təbəqələrindən olan üzvləri də zərərçəkmiş və şahid qismində dindirilir. Məlum olur ki, onlardan kimisi stomatoloqda müayinə keçən zaman, kimisi də dərdini unutmaq üçün ilk və son dəfə narkotikdən istifadə edərkən bu xəstəliyə yoluxub. Nəticə isə hamı üçün birdir. QİÇS-ə yoluxan hər bir kəs ömürlük zülmə və tənhalığa məhkumdur. Yoluxduqları xəstəlikdən xəbər tutanlar dərhal onlardan uzaqlaşırlar və beləliklə, QİÇS daşıyıcıları qalan ömürlərini tənhalıqda yaşamalıdırlar.
Tamaşa boyu ittiham olunanlar günahlarını etiraf etməsələr də, məhkəmə onlarla bağlı qərar çıxarır. Alkoqol, narkomaniya və QİÇS ömürlük nifrətə məhkum olunurlar.
Tamaşada digər rolları Xalq artisti Ağaxan Salmanlı, Əməkdar artist Vidadi Əliyev, aktyorlar İlhamə Əhmədova, Ruslan Mürsəlov, Rauf Hüseynov, Könül Şahbazova ifa edirlər. Səhnə əsərinin rejissoru İ.Soltan da tamaşada rol alıb. Rejissor bizimlə söhbətində bildirdi ki, “Qeyri-adi məhkəmə” tamaşası onların bu səpkili ikinci layihəsidir: “2007-ci ildə narkomaniya və QİÇS-ə həsr olunmuş «Xaşxaşın göz yaşı» adlı tamaşa hazırlamışıq. Ədliyyə Nazirliyi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin sifariş verdiyi tamaşa məktəblərdə, cəzaçəkmə müəssisələrində nümayiş olundu.
«Qeyri-adi məhkəmə» isə QİÇS xəstəliyinin xüsusən cəzaçəkmə müəssisələrində yayılmasının qarşısını almaq məqsədilə hazırlanan maarifləndirmə xarakterli tamaşadır. Hesab edirəm ki, bu qorxunc bəlalarının gənclər arasında yaranmasının qarşısını almaq, ailələrdə yaratdığı problemləri diqqətə çatdırmaq üçün teatr tamaşası uğurlu təsir vasitəsidir.
Gülər