Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin «Aida» operası nümayiş olunub (25 may). Tamaşanı məşhur italyan dirijoru Canluka Marçiano idarə edib.
   Aida partiyasını ilk dəfə olaraq teatrın gənc və istedadlı solisti Çinarə Şirin, Ramades rolunu isə Gürcüstanın Xalq artisti Teymuraz Ququşvili ifa edib. Tamaşada həmçinin əməkdar artistlər Fidan Hacıyeva (Amneris), Əvəz Abdullayev (Amonasro), Əli Əsgərov (Misir şahı), Əkrəm Poladov (Ramfis) də iştirak ediblər.
   Dirijor C.Marçiano tamaşa ilə bağlı təəssüratını bölüşərkən F.Hacıyeva ilə Ç.Şirinin ifasını xüsusi bəyəndiyini vurğulayıb. O həmçinin xor artistləri və solistlərin yüksək professionallıqlarını da diqqətə çatdırıb. Dirijor yeni teatr mövsümündə «Aida» və «Toska» operalarını idarə etmək üçün dəvət olunduğunu bildirib: «Bu dəvəti böyük minnətdarlıqla qəbul etdim. Belə yüksək milli dəyərlərə malik olan Azərbaycana yenidən gəlməyi özüm üçün böyük şərəf hesab edirəm».
   
   Gülər






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar