Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Gürcüstana qastrol səfərinə gedib. Kollektiv mayın 30-31-də Gürcüstanın K. Marcanişvili adına Akademik Dram Teatrının səhnəsində iki tamaşası ilə çıxış edib. Gürcüstan teatrının səhnəsində “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və “Xəcalət” tamaşaları nümayiş etdirilib.
Xatırladaq ki, K. Marcanişvili adına Gürcüstan Akademik Dram Teatrı mayın 19 və 21-də “Azdrama”nın səhnəsində “Moruq” və “Piqmalion” tamaşalarını Bakı tamaşaçılarına təqdim edib.
Gələcəkdə gürcü teatrı ilə birgə tamaşaların hazırlanması, tanınmış gürcü rejissoru Levan Tsuladzenin Akademik Milli Dram Teatrında, Xalq artisti Azər Paşa Nemətin K.Marcanişvili adına Dövlət Akademik Dram Teatrında tamaşa hazırlaması planlaşdırılır.