Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı UNESCO-nun nəzdində fəaliyyət göstərən Uşaq və Gənclər Teatrları Beynəlxalq Təşkilatının (ASSİTEJ) İcraiyyə Komitəsinə üzv seçilib.
    Teatrın mətbuat xidmətindən verilən məlumata görə, bu barədə qərar qurumun Fransada keçirilmiş qurultayında böyük səs çoxluğu ilə qəbul olunub. Məlumata görə, Gənc Tamaşaçılar Teatrı bu nüfuzlu beynəlxalq təşkilatın Azərbaycan Milli Mərkəzi elan olunub. Teatrın direktoru Mübariz Həmidov isə ASSİTEJ-in Azərbaycan Milli Komitəsinin sədri vəzifəsinə təyin edilib.
   Azərbaycan Milli Komitəsinin əsas vəzifələri ASSİTEJ-ə üzv olan xarici ölkə teatrları ilə qarşılıqlı qastrol səfərlərinin, beynəlxalq teatr festivallarının və treninqlərin, konfransların, habelə ustad dərslərin keçirilməsini təşkil etmək, xarici ölkə teatr mütəxəssislərinin Azərbaycana dəvət edilməsinə yardımçı olmaqdır.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar