Türkiyənin Samsun şəhərinin Gümüşhanə Mədəniyyət Mərkəzinin səhnəsində dahi Üzeyir Hacıbəylinin dühasından yaranmış “Arşın mal alan” operettası tamaşaya qoyulub. Samsun Dövlət Opera və Balet Teatrının aktyorları tərəfindən səhnəyə qoyulan tamaşanı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, şəhər rəhbərliyi, tələbələr və Samsun sakinləri izləyiblər. Tamaşa böyük maraqla qarşılanıb.
   Teatrın baş rejissoru Mehmet Yılmaz bildirib ki, tamaşa artıq Türkiyənin bir çox şəhərlərində səhnəyə qoyulub. Azərbaycan mədəniyyətini, musiqisini əks etdirən bu məşhur əsər Samsunda ilk dəfə nümayiş olunub.
   Qeyd edək ki, Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik yubileyi 2012-2013-cü illərdə UNESCO çərçivəsində ildönümü qeyd olunacaq siyahıya əlavə edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar