Tamaşaya ukraynalı rejissor quruluş verəcək
   
   İyunun 25-də Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Pyetro Maskaninin «Kənd namusu» operasının premyerası olacaq. Bu operanı ilk dəfə səhnəyə qoyan teatr tamaşanın quruluşunu həyata keçirmək üçün tanınmış ukraynalı rejissor Nikolay Tretyakı Bakıya dəvət edib. Premyerada Xalq artisti Qərinə Kərimova (Santutsa), əməkdar artistlər Samir Cəfərov (Turiddu), Əvəz Abdullayev (Alfio), həmçinin teatrın solistləri Səbinə Vahabzadə (Lüçiya) və Səbinə Əsədova (Lola) iştirak edəcəklər. Tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Qeyd edək ki, dünya opera sənətinin incilərindən olan əsər bir çox teatrların repertuarını bəzəyir. N.Tretyakın quruluş verdiyi tamaşalar isə Fransa, Danimarka, Almaniya, İsveçrə, İspaniya, Portuqaliya, Yaponiya kimi ölkələrdə nümayiş olunub.    

  Gülər