Bakı Uşaq Teatrı iyunun 30-da 7 saylı cəzaçəkmə müəssisəsində «Qeyri-adi məhkəmə» tamaşasının premyerasını keçirib. Arzu Soltanın ssenarisi əsasında hazırlanan tamaşaya teatrın direktoru və bədii rəhbəri İntiqam Soltan quruluş verib.
   
   Teatr direktorunun bildirdiyinə görə, səhnə əsərinin iyulun 15-dək ümumilikdə 6-5 cəzaçəkmə müəssisəsində göstərilməsi nəzərdə tutulub. Teatr mövsümü bu tamaşa ilə bağlayacaq. Gələn mövsümdə «Qeyri-adi məhkəmə» daha 10 cəzaçəkmə müəssisəsində göstəriləcək.
   Qeyd edək ki, QİÇS-lə bağlı maarifləndirici xarakter daşıyan tamaşa interaktiv üslubda - seminar-tamaşa janrında hazırlanıb. Tamaşada rolları Əməkdar artist Vidadi Əliyev, Cavanşir Məhərrəmov, Günel Həmidova, Niyaz Qasımov, İlhamə Əhmədova və digərləri ifa edir.
   Teatrda hazırlanan daha bir səhnə əsərinə - «Məzəli hadisə» tamaşasına isə ictimai baxış keçirilib. K.Qaldoninin eyniadlı pyesi əsasında hazırlanan tamaşada hadisələr Niderlandın Haaqa şəhərində baş verir. Komediya janrında olan tamaşada fransız zabitinin holland tacirinin qızına aşiq olması, izdivaca razılıq verilmədiyindən gənclərin fırıldağa əl atması təsvir olunur. Nəticədə tacir özü də bilmədən bu fırıldağa uyur və gənclərin evlənmələrinə köməklik edir.
   «Məzəli hadisə»nin rejissoru Xalq artisti Ağaxan Salmanlıdır. Rollarda İlhamə Əhmədova, Ruslan Mürsəlov, Könül Şahbazova, Cavanşir Məhərrəmov, Günel Həmidova, Niyaz Qasımov iştirak edirlər. Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynovdur.
   
   Gülər







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar