Xəbər verdiyimiz kimi, TÜRKSOY-un xətti ilə Türkiyədə və Şimali Kiprdə keçirilən ənənəvi beynəlxalq opera sənəti festivalında bu il ölkəmizi Dövlət Akademik Opera və Balet Teatrının gənc və istedadlı solisti İlahə Əfəndiyeva təmsil edib.
Festival çərçivəsində Mersin, İstanbul və Şimali Kiprin Girnə şəhərlərində çıxış edən İ.Əfəndiyeva C.Verdinin “Traviata” operasından Violettanın və C.Puççininin “Madam Batterflay” operasından Çio-Çio-Sanın ariyalarını yüksək professionallıqla oxuyub.
Gənc solist yeni teatr mövsümündə Samsun Opera və Balet Teatrında Puççininin “Boqema” operasında çıxış etmək üçün dəvət alıb. TÜRKSOY-un baş katibi Düsen Kaseinov İ.Əfəndiyevanın çıxışını yüksək qiymətləndirib və onu Abdulla Tukay ili çərçivəsində TÜRKSOY xətti ilə keçiriləcək festivala dəvət edəcəklərini bildirib.