Dekabrın 13-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Pələng ili” tamaşasının premyerası olub. Yazıçı-dramaturq Firuz Mustafanın eyniadlı əsəri əsasında hazırlanmış ikihissəli tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır. Rəqslərin quruluşu və plastika Vüsal Mehrəliyevə məxsusdur.
Əsas rolları Xalq artisti Tariyel Qasımov, əməkdar artistlər Elşən Rüstəmov, Vahid Əliyev, aktyorlar Kərəm Hadızadə, Sabir Məlikov, Məhərrəm Musayev, Ədalət Əbdülsəməd və başqalarının canlandırdığı yeni səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.