Dövlət Musiqili Komediya Teatrının kollektivi yeni ilin ilk premyerasına hazırlaşır. Teatr tamaşaçılara Avropa ədəbiyyatında klassik komediya janrının banisi, fransız dramaturqu Jan Batist Molyerin «Skapenin kələkləri» komediyasını təqdim edəcək. Teatrın binasında təmir işləri aparıldığından «Skapenin kələkləri» Dövlət Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq.
   Qeyd edək ki, bu, Molyerin Musiqili Komediya Teatrının səhnəsində oynanılan ilk əsəridir. İkihissəli komediyanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, musiqi rəhbəri Emin Həsənov, quruluşçu rəssamı Vüsal Rahimdir. Teatrın rus truppasında təqdim olunacaq tamaşada Əməkdar artist Boris Qrafkin, aktyorlar Nadejda Povelisina, Rauf Babayev, Emil Heydərov, Əliməmməd Novruzov, Mehriban Zalıyeva, Kamil Osmanov, Elvin Əliyev, Svetlana Bulax, Marina Litvinenko və başqaları çıxış edəcəklər. Rus Dram Teatrının aktyoru, Xalq artisti Hüseynsəfa Mirzəhəsənov da bu tamaşada Arqant rolunu canlandıracaq.
   «Skapenin kələkləri» komediyası Əsgər Əsgərovun Musiqili Komediya Teatrının rus bölməsində hazırladığı ikinci tamaşadır. O, teatrın uğurlu səhnə əsərlərindən olan Mark Kamolettinin «Xoşbəxt ailə oyunu oynayırıq və yaxud fransızsayağı qarnir» tamaşasına quruluş verib.
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar