Martın 1-dən 3-dək Rusiya Federasiyası Kalmık Respublikası B.Basanqov adına Milli Dram Teatrı Bakıya qastrol səfərinə gələcək. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən verilən məlumata görə, səfər iki sənət ocağı arasında imzalanmış qarşılıqlı qastrol mübadiləsinə dair müqaviləyə əsasən reallaşacaq.
   Teatr uşaqlar üçün Boris Manciyevin “Ağ ayın nağılı”, böyüklər üçün isə italyan dramaturqu Karlo Qaldoninin “Mehmanxana sahibəsi” tamaşalarını təqdim edəcək. Bu ilin noyabr ayında isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı iki tamaşa ilə Kalmık Respublikasına qastrola gedəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar